Yanvarın 21-də “Dalğa Arena”nın ərazisində yerləşən Milli Komandaların Məşq Mərkəzində 2020-ci ildə FIFA hakimi kimi fəaliyyət göstərəcək referi və referi köməkçilərinə müvafiq emblemlər təqdim olunub.
Tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov, Hakimlər Komitəsinin sədri Fritz Stuçlik və UEFA Hakimlər Komitəsinin üzvü Kiros Vassaras iştirak ediblər.