23 yanvar 2020 17:01
1351

Aslanlar bir dəri və bir sümük qalıblar - FOTO

Sudanın paytaxtı Hartumda yerləşən Əl-Qurehi zooparkında şirlərə zəif qayğı göstərilməsinə sosial mediada paylaşılan fotolardan sonra sərt təpki verilib.

“İki sahil” xəbər verir ki, zooparkdakı aslanların qidalanma səbəbindən çox zəif olduqları müşahidə edilib. Sümükləri sayılan heyvanların fotolarını paylaşan Osman Saleh şirləri xilas etmək üçün bir kampaniya başladıb. Kampaniya bütün mediada böyük diqqət çəkib. Osman Saleh bir aslanın bazar ertəsi günü aclıqdan öldüyünü bildirib. Sosial mediada yüz minlərlə insanın paylaşdığı şirlərin vəziyyəti barədə məlumat verən zoopark işçisi hər zaman yeməyin olmadığını və əsasən şəxsi pullarından istifadə edərək heyvanlaar yemək aldıqlarını bildirib.

Osman Saleh paylaşıb ki, Normal bədən çəkisinin 2/3 hissəsini itirən aslanların bir həftəlik qidası zooparkdakı bir aylıq gəlirə bərabərdir.