26 yanvar 2020 10:47
1333

Türkiyədə zəlzələ qurbanlarının sayı 31-ə çatıb

Türkiyənin Elazığ vilayətində baş verən zəlzələ nəticəsində ölənlərin sayı 31 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Türkiyənin Fövqəladə Hallar Agentliyi (AFAD) bildirib.

Məlumata əsasən, zəlzələ nəticəsində 1547 nəfər xəsarət alıb.

Zəlzələ nəticəsində 30 bina dağılıb, daha 81-nə ciddi ziyan dəyib.

Qeyd edək ki, ötən gün Türkiyənin Elazığ rayonunun Sivricə əyalətində 6.8 bal gücündə zəlzələ baş verib. Zəlzələ yerli vaxtla saat 20:55-də qeydə alınıb.

Təbii fəlakət nəticəsində 20-dən çox insan həlak olub, 1500-ə yaxın şəxs yaralanıb.

Ölənlər arasında azərbaycanlı yoxdur.