Dünya şöhrətli 31 yaşlı pop ulduz Adel öz görünüşü ilə yenidən görənləri heyrətləndirib.
"İki sahil" xəbər verir ki, az qala, ilanın boğazından keçən məşhur sənətçini qarabaqara izləyən paparasilər onun son halını lentə almağa müvəffəq olublar.
Karib dənizinin sahillərində istirahətin dadını çaxaran Adelin tətildən çəkilən şəkilləri sosial şəbəkə istifadəçilərini məəttəl qoyub. Müğənninin pərəstişkarları onun incəliyinin yaraşıb-yaraşmadığını mübahisəli şəkildə müzakirə ediblər.
Pəhrizin köməyi ilə 45 kiloqram çəki atıb, bir iynəyə sap olan pop ulduz hələ də arıqlamaqda davam edir.
Adel avtomobilinə doğru gedərkən paparasilərin kameralarına tuş gəlib. Müğənninin əynindəki idman geyimi onun durmadan idmanla məşğul olmasını sübuta yetirib.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub