Qazaxıstanın “Weproject.media” internet portalında Azərbaycanla bağlı yazı yerləşdirilib.
“Qədim sivilizasiyaların izləri, nadir təbiət hadisələri və zəngin mətbəxi - niyə Azərbaycana səfər etmək lazımdır” adlı məqalədə ölkəmizin görməli yerləri, mətbəxi, təbiəti, turizm və mədəniyyəti, eləcə də tarixindən bəhs olunub.
Azərbaycanın nadir at cinsi - Qarabağ atlarının vətəni olduğu, ölkə ərazisində doqquz iqlim qurşağının mövcudluğu, burada yerləşən “Yanardağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğu, planetdə mövcud palçıq vulkanların demək olar ki, yarısının Azərbaycanda olduğu, Qobustan qayaüstü rəsmlərinin UNESKO tərəfindən Dünya İrsi Siyahısına daxil edilməsindən ətraflı bəs olunub.
Məqalədə oxuculara Azərbaycana səyahət etmək üçün bir çox səbəblərin olduğu qeyd edilib.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub