27 yanvar 2020 20:21
1167

Paytaxtdan qaçırılan avtomobil Göyçayda tapılıb

Nəsimi Rayon Polis İdarəsinin 19-cu polis şöbəsinə müraciət edən Abşeron rayon sakini N.Teymurlu “Hyundai” markalı avtomobilinin Moskva prospektindən qaçırıldığını bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər görülüb. Həmin nəqliyyat vasitəsini qaçırmaqda şübhəli bilinən Göyçay şəhər sakini H.İsmayılov avtomobillə birgə rayon polis şöbəsinin əməkdaşları tərəfindən həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində saxlanılıb.

Hadisə ilə bağlı araşdırma aparılır.