Pişik Günel kimi tanınmş müğənni Günel Ələkbərova “Onda başladıq” verilişində qalmaqallı açıqlaması ilə diqqət çəkib.
Teleqraf.com xəbər verir ki, Günel Ələkbərova aparıcı Zaur Kamalın ünvanına tənqidi fikirlər səsələndirib: “Elə aparıcılar var ki, üç cümləni birləşdirib deyə bilmir. Ad çəkə də bilərəm, 5/5 verilişinin aparıcısı Zaur Kamal. Səni dəvət edir, sözün əsl mənasında alçaldır. Günah sənin verilişinə gedəndədir. Sən aparıcısan. İnsan ilk növbədə özünü apara bilməlidir, sonra veriliş aparmalıdır.
Bir dəfə gedirsən, görüsən ki, sənə qarşı hörmətsizlik edir. İkinci dəfə cavabını verirsən və üçüncü dəfə isə getmirsən.
Müğənniləri də qınamıram, efir xətrinə gedirlər. Çoxları da pul ödəyir, çıxır verilişə. Şəxsi məsələri efirdə danışmaq ayıbdır. Camaatı yoxlayırsan ki, plastik əməliyyat harandadır? Bu ayıbdır və olmaz. Mənim burnumda da, dodağımda da plastik əməliyyat aparılıb”.
Qalmaqal sosial şəbəkədə də geniş müzakirə edilib.
Belə ki, şəbəkə izləyiciləri müğənnini haqlı hesab ediblər. Onlar “Halal olsun sizə hər zaman düzünü demisiniz” və s. kimi şərhlər yazıblar.
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub