29 yanvar 2020 15:12
1169

Zlatko Daliç: Azərbaycanla oyunda...

Futbol üzrə Xorvatiya milli komandasının baş məşqçisi Zlatko Daliç AVRO-2020-nin seçmə mərhələsində Bakıda Azərbaycan yığması ilə keçirdikləri oyunu xatırlayıb.

"Report"un məlumatına görə, FİFA-nın rəsmi saytına danışan 53 yaşlı xorvatiyalı mütəxəssis Bakıda çox vacib iki xal itirdiklərini bildirib.

"Tez-tez deyirəm ki, birlik qrupun ən vacib keyfiyyətidir və bu, təsnifat mərhələlərində gerçək oldu. Bizim AVRO-2020-nin seçmə mərhələsində bir neçə uğursuz nəticəmiz var idi. Məsələn, Macarıstanda uduzduq və Bakıda isə Azərbaycan millisi ilə oyunda vacib 2 xal itirdik. Ancaq reaksiya hər zaman fantatik idi. Budapeştdəki məğlubiyyətdən sonra Uelslə görüşdə qələbə qazandıq və Slovakiyanı 4 cavabsız qolla məğlub edərək parlaq oyun keçirdik. Luka Modriçin də həmin çətin vaxtlarda liderliyi öz üzərinə götürməsi çox önəmli idi. O, digər nisbətən yaşlı futbolçularla birgə bütün komandaya inam verirdi" - Daliç deyib.

Qeyd edək ki, seçmə mərhələnin II turunda səfərdə Macarıstana 1:2 hesabı ilə uduzan xorvatlar 4 tur sonra Bakıda Azərbaycan millisi ilə 1:1 bərabərə qalıb. Bununla belə, Daliçin rəhbərlik etdiyi komanda qrupu lider tamamlayaraq AVRO-2020-nin final mərhələsində iştirak hüququ qazanıb.