Masallı rayonunda ailə qurandan 2 həftə sonra ölən yeniyetmə qızın qətlə yetirildiyi məlum olub.
"İki sahil" xəbər verir ki, bu barədə Trend-ə Masallı Rayon Prokurorluğundan məlumat verilib.
Məlumatda bildirilir ki, 2003-cü il təvəllüdlü Fatimə Qəmbərovanın qətli ilə bağlı rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.
Hazırda qətlin kim tərəfindən törədilməsi ilə bağlı istintaq əməliyyat tədbirləri həyata keçirilir.