Xalq artisti Röya Ayxan “W-Trio”nun keçmiş solisti Elnarə Xəlilovaya dəstək olub.
Məşhur müğənni həmkarının “ATV maqazin onlarla” proqramında tələbə yetişdirmək təklifinə müsbət rəy verib. R. Ayxan mətbuata açıqlamasında özünü pedaqoq kimi sınayacağını qeyd edib:
“Çox gözəl fikirdir və mən Elnarənin yanındayam. Hazırda solo konsertimə hazırlaşıram və buradan ona müraciət edirəm ki, məktəbində mənə bir otaq ayırsın. Mən orada dərs deyəcəyəm. Dahi deyiləm, estrada üçün nələrsə edə biləcəmsə, nə yaxşı! Doğrudan da edərəm. Bəlkə də tələbələr arasından elə biri çıxacaq ki, çoxdandır arzum olan prodüserlik fəaliyyətinə başlayım? Bəlkə də konsert ərəfəsində məktəbə qonaq getdim. Bilmək olmaz”.
Qeyd edək ki, E. Xəlilova musiqi məktəbi açaraq “W-Trio”nun keçmiş solistlərini oraya dəvət etmişdi.
Publika.az
Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub