İran saytında “Gəzməli və görməli şəhər - Bakı” sərlövhəli məqalə yayımlanıb
İranın “kahabar onlayn.ir” saytında “Gəzməli və görməli şəhər - Bakı” sərlövhəli məqalə yayımlanıb.
Məqalədə Bakının gözəlliyi və azərbaycanlıların qonaqpərvərliyinə geniş yer verilib. Qeyd olunub ki, Bakı qədimliklə müasirliyi özündə birləşdirən gözəl şəhərdir. Burada möhtəşəm konsert salonları və kinoteatrlar var. Bu salonlarda dünyanın müxtəlif ölkələrindən qastrola gələn məşhur müğənnilər konsert proqramları ilə çıxış edirlər.
Qədim tarixə malik olan şəhərdə çoxsaylı tarixi binalar var ki, bunlarda xüsusi maraq kəsb edir. Bakının yaxınlığında isə Qobustan qəsəbəsi yerləşir. Buradakı qaya üzərindəki rəsmlər min illər əvvəl çəkilib və onu deməyə əsas verir ki, burada çox qədim zamanlarda da insanlar məskən salıblar.
Şəhərin qurulmasında müasirliyə də böyük üstünlük verilib. “Alov qüllələri”, Heydər Əliyev Mərkəzi müxtəlif ticarət mərkəzləri və otellər yeni üslubda tikilib və böyük marağa səbəb olur.
Məqalədə Azərbaycanın post-sovet məkanının ən inkişaf edən ölkə olması da vurğulanıb.
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub