2009-cu ildə "Miss Turkey", eləcə də kainat gözəli yarışında 2-ci olan Hera Kübra Aslan 2 ildir birlikdə çalışdığı Ozan Doğulu ilə eşq yaşayır.
"YouTube"da yayımlanan bir verilişdə qonaq olan Hera illər öncə aldığı əxlaqsız bir təklif haqqında danışıb.
Verilişdə səmimi açıqlamalar verən Kübra aparıcılıq etdiyi vaxtlarda yaşadığı zorakılıq hadisəsini etiraf edib:
"Aparıcısı olduğum kanallardan birinin baş direktorunun dostu mənə heyran imiş. Gül göndərdi qəbul etmədim, yeməyə dəvət etdi, getmədim. Sonda həmin kanaldan ayrılmaq məcburiyyətində qaldım".
Özündən 15 yaş böyük olan Ozan Doğulu ilə birlikdə olan Hera Kübra Aslan evlilik suallarına "Evliliyə qarşı deyiləm, amma indi istəmirəm. İstəsəm də Ozanın qarşı çıxacağını düşünmürəm. Biz sevgimizi ən yüksək səviyyədə yaşayırıq. Bir-birimizin əli-ayağı olmuşuq. Flört etmək daha yaxşıdır. Həm biz Ozanla demək olar ki, evli kimiyik" cavabını verib.
Ölkə.az
Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib
“Sənət inciləri”: növbəti mühazirə-konsert Xəzər Universitetində təşkil olunub
Limada Azərbaycanın mədəni irsi, turizm potensialı, milli dəyərləri və tarixi abidələri ictimaiyyətə təqdim olunub
Faiq Quliyev Zəlimxan Yaqubun ev-muzeyinin tikintisi ilə bağlı görülən işlərlə tanış olub