04 fevral 2020 12:32
1126

Tövlə və taya yandı

Şamaxı rayonunun Mədrəsə qəsəbəsində ümumi sahəsi 40 m² olan tövlənin dam örtüyünün yanar konstruksiyaları və damına yığılan 7 ton ot bağlamasının 3,5 tonu yanıb.

“İki sahil” FHN-ə istinadən xəbər verir ki, ot bağlamalarının qalan hissəsi və bitişik tikililər yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.