Azərbaycanda parlament seçkiləri çox yüksək səviyyədə keçirilir. Seçkilərin təşkili məni heyran etdi. İsraildən çox müşahidəçi gəlib. Burada gördüyümüz hər şey mükəmməldir. Məncə, hamı çox razı qalıb. Təkcə sizdə deyil, bütün dünyada da belə olmalıdır.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Maale-Adumim şəhərinin vitse-meri Boris Qrossman söyləyib.
Onun sözlərinə görə, parlament seçkiləri ilin əsas hadisəsidir və bu hadisə dövlətin və cəmiyyətin sonrakı inkişafına şəksiz təsir göstərəcək. B.Qrossman deyib: “Xarici müşahidəçilərin dəvət edilməsi göstərir ki, Azərbaycanda parlament seçkiləri açıq, azad və aşkar keçirilir. Səsvermə prosesi beynəlxalq normalara uyğundur. Məni təəccübləndirən məqamlardan biri də bu oldu ki, hava şəraitinin əlverişsiz olmasına baxmayaraq, seçki məntəqələrində vətəndaşların fəallığı yüksəkdir. Bayırda bir dərəcə şaxtadır, amma insanlar, xüsusən də gənclər seçki məntəqələrinə axışırlar. Bu, çox yaxşı haldır”.
İşğaldan azad edilmiş ərazilərdə 500-600 meqavat gücündə KSES-lər inşa ediləcək
Bakıda “Xızı-Abşeron” Külək Elektrik Stansiyasının rəsmi açılış mərasimi keçirilirb
Dünya mediası Prezident İlham Əliyevin yerli televiziya kanallarına müsahibəsini işıqlandırmaqda davam edir
Azərbaycanda dini qurumlara ümumilikdə 6,3 mln manat maliyyə yardımı ayrılıb - SƏRƏNCAM
Bir qrup şəxs Azərbaycan diasporunun inkişafında xidmətlərinə görə təltif edilib