Çində yeni növ koronavirusa yoluxmuş əcnəbilərin sayı 27 nəfərə çatıb, 2 nəfər ölüb, 3 nəfər sağalıb.
"İki sahil" “Report”a istinadən xəbər verir ki, bu barədə bazar ertəsi Çinin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Gen Şuan bildirib.
“Hazırda ölüm faktları ilə bağlı müvafiq dövlətlərə məlumat vermişik. Ölənlərdən biri etnik çinlidir, amma ABŞ vətəndaşıdır”, - o deyib.
Qeyd edək ki, keçən həftə Çin XİN-i 19 əcnəbinin yoluxduğunu bildirmiş, ölüm halları barədə məlumat verməmişdi. Son məlumatlara görə, 22 əcnəbi müalicə alır.
Meloni deepfeyklərlə mübarizə üçün səsini ticarət nişanı kimi qeydiyyatdan keçirir
Almaniya Hərbi Dəniz Qüvvələri Şimal dənizi sahilində ikinci baza yaratamaq istəyir
Gürcüstan ukraynalı qaçqınlar üçün sosial ödənişlərin müddətini yanvarın 1-dək uzadıb