11 fevral 2020 16:27
1181

Ərdoğan: Cəzalandırılacaqlar

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan “Yaşayan insan xəzinələri” mükafatı mərasimində Suriyadakı vəziyyəti şərh edib.

“Report” TRT-yə istinadən xəbər verir ki, R.T. Ərdoğan Bəşşar Əsəd rejiminin artıqlaması ilə cəzalandırılacağını bildirib:

“Dünən rejim ciddi mənada İdlibdə artıqlaması ilə cəzasını aldı. Amma kifayət deyil. Davamı gələcək. Bizim “Mehmet”imizə hücum etdikcə bədəlini çox ağır ödəyəcəklər. Təfərrüatı da sabah ictimaiyyətlə paylaşacağam”.