13 fevral 2020 11:41
1528

Prezident İlham Əliyev milli komandamızı təbrik etdi - FOTO

Prezident İlham Əliyev Azərbaycanın Güləş üzrə Milli komandasını qələbə münasibətilə özünün "Twitter" sosial şəbəkəsindəki səhifəsində təbrik edib.

Prezident yazıb:

"Avropa çempionatında yunan-Roma güləşi üzrə tarixdə ilk dəfə 6 medal qazanan milli komandamızın möhtəşəm qələbəsi münasibətilə idmançılarımızı, məşqçilərimizi və bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm".