18 fevral 2020 09:05
1996

"Sədərək" Ticarət Mərkəzində yanğın məhdudlaşdırılıb - FOTO-VİDEO

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə, Bakı şəhərinin Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən "Sədərək" Ticarət Mərkəzində yanğın  baş verməsi barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Yanğın məhdudlaşdırılıb.

"İki sahil" xəbər verir ki, Fövqəladə Hallar nazirinin müavini Etibar Mirzəyev yanğın baş verən "Sədərək" Ticarət Mərkəzinə gəlib.

Yanğının qarşısının tam alınması üçün tədbirlər davam etdirilir. Əlavə məlumat veriləcək.