Bu gün “Sədərək” Ticarət Mərkəzində baş vermiş yanğın zamanı polis əməkdaşları da yanğınsöndürənlərlə birgə alovun qarşısının alınmasında iştirak edib.
DİN-dən “İki sahil”ə verilən məlumata görə, polislər sahibkarların əmlakının təhlükəsiz yerə çıxarılmasında və mühafizə olunmasında köməklik göstəriblər.