20 fevral 2020 10:54
1218

Xaçmaz KOB İnkişaf Mərkəzində təlimlərə start verilib 

Xaçmaz KOB İnkişaf Mərkəzində startap layihələrinin yaradıcıları və mikro sahibkarlar üçün “Effektiv işgüzar ünsiyyət bacarıqları” mövzusunda təlim keçirilib.

"İki sahil" xəbər verir ki, təlimdə KOB-lar peşəkar mühitdə ünsiyyət, anlaşılmazlıq və empatiya, əks-əlaqə texnikaları, emosional vəziyyətin idarəolunması, davranış tipləri kimi mövzularda məlumatlandırılıb, onları maraqlandıran suallar cavablandırılıb.

Qeyd edək ki, Xaçmaz KOB Evində fəaliyyət göstərən KOB İnkişaf Mərkəzində innovativ sahibkarlığa, startaplara və ailə biznesinə dəstək, qadınlar, əlillər və gənclər arasında sahibkarlığın təşviqi, KOB-ların maarifləndirilməsi, təlimlərin, seminarların və təcrübə proqramlarının təşkili üzrə xidmətlər təqdim olunur. KOB İnkişaf Mərkəzi mikro, kiçik və orta sahibkarları və biznesə başlamaq istəyənləri bu xidmətlərindən yararlanmağa dəvət edir.