20 fevral 2020 10:55
1359

İkimərtəbəli evdə yanğın baş verib

Kürdəmir rayonunun Qağacılı kəndində ümumi sahəsi 320 m² olan ikimərtəbəli evin ikinci mərtəbəsində 1 otağın və mətbəxin yanar konstruksiyaları 50 m² sahədə, dam örtüyü 80 m² sahədə yanıb.

“İki sahil” xəbər verir ki, evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.