26 fevral 2020 19:59
2055

Saat niyə sağa doğru hərəkət edir?

Hər gün məktəbə, işə, görüşə gecikməmək və s. üçün tez-tez baxdığımız saatın nə üçün sağa doğru hərəkət etdiyini bilirikmi?

İlk dəfə qədim misirlilər günəşin hər gün nizamlı şəkildə bir yerdə doğulub, müəyyən zamanlarda səmanın eyni nöqtələrində görünüb batdığını müşahidə edərək, bu hadisənin bir günün vaxtını bilmədə yararlı olacağı qənaətinə gəldilər. Beləliklə, misirlilər günəşin bu hərəkətindən faydalanaraq ilk günəş saatını düzəltdilər. Saat yüksək bir yerə böyük bir daş qoymaq və günəşin hərəkəti əsasında bu daşın kölgəsini izləməklə sınaqdan keçirildi.

Misir coğrafi mövqeyi baxımından Şimal yarımkürəsində yerləşsə də, lakin ekvatora da yaxın bir ölkə olduğundan, günəş doğulan zaman kölgə daşın qərbində, yəni solda meydana gəlir, günəş yüksəldikcə isə kölgə şimala, yəni sağa doğru hərəkət edərək, günəş qərbində şərq istiqamətinə çatırdı. Yəni kölgə bugünkü saatların əqrəb və saniyələrində olduğu kimi soldan sağa dönürdü.

Zaman keçdikcə təkmilləşən və yenilənən saatlarda da, batareyalı saatlarda da istiqamət dəyişmədi. Avstraliya kimi ekvatorun cənubunda yerləşən ölkələrdə günəş doğarkən daşın kölgəsi cənuba tərəf düşür və günəş yüksəldikcə sola doğru hərəkət edir. Əgər ilk saat Avstraliyada kəşf edilsəydi, bugün əqrəb və dəqiqə tərs istiqamətə dönə bilərdi.

Həyat Qəhrimanlı