04 mart 2020 20:49
2195

Oxuyun və heyrətlənin...

İnsanın ağzında 40 000 bakteriya var.

Dünyanın ən bahalı qurumu “ Beynəlxalq Kosmik Stansiyadır”. Onun inşasına 150 milyard dollar xərclənib.

İnsanların 70%-i çoxluğun fikrindən asılıdır. Yalnız 30% insan öz fikri ilə hərəkət edir.

Dünyanın ən zəhərli  heyvanı Kolumbiya qurbağasıdır. Onun zəhəri eyni anda 150 insanı və 30.000 siçanı öldürə bilər.

Hər gün 275 milyona yaxın yeni ulduz yaranır.

“Yüzillik müharibə” (1337-1453) fasilələrlə 116 il davam etmişdir.

Hər il insanlar ilan sancmasından daha çox arı sancmasından dünyasını dəyişir.

Qalınlığından  və ölçüsündən asılı olmayaraq heç bir kağız parçası 7 dəfədən artıq qatlanmaz.

# - işarəsi adətən “çərçivə”, “nömrə nişanəsi” və ya “funt” işarəsi sayılır. Əslində isə işarənin rəsmi adı oktotorpdur.

Bədənimizdəki sümüklərin 4/1 ayağımızdadı.

İndiyə kimi qeydə alınan ən yüksək temperatur 1922-ci ildə Liviyanın Əl Azizia rayonunda qeydə alınıb – 57.8 dərəcə.

Tarixdə ən qısa müharibə 1896-ci il avqustun 27-də Böyük Britaniya ilə Zanzibar arasında baş vermişdir. Bu müharibə 38 dəqiqə davam etmişdir.

Rüşvət ala bilməsinlər deyə hakim və vəkillərin xidməti formalarının nə bağlana bilən düyməsi, nə də ki, cibi olur.

Gülüş zamanı insanın 17 əzələsi işləyir.

Soğan soyarkən saqqız çeynəsəniz gözləriniz yaşarmaz.

Dünyadakı qızılın 99 faizi nüvə hissəsindədir. Bu qızıl ehtiyatı ilə dünyanı 45 sm qızılla örtmək olar.

Sağ əllə yazanlar solaxaylarla müqayisədə 9 il çox yaşayırlar.

Fransızlar barmaqları pus, indeks, macor, anyuler, orikyuler deyə adlandırılar.

Cek-Patroşitel XIX əsrin ən tanınmış qatilidir. O, öz cinayətlərini yalnız və yalnız bazar günləri həyata keçirib.

Dahi fizik Albert Eynşteyn öləndə son sözlərini özü ilə “ o dünyaya” aparmışdır. Çünki ölən zaman onun yanında olan tibb bacısı alman dilini bilmirdi.

İsti su  soyuq sudan ağırdı.

Roma ordusunda hər çadırda 10 əsgər qalırdı. Hər çadırın öz başçısı seçilir və “dekan” adlanırdı.

Tailandın milli himni 1902-ci ildə rus bəstəkarı Pyotr Şurovski tərəfindən bəstələnib.

İnsan orqanizmində yaşayan bakteriyalar 2 kq təşkil edir.

Gi de Mopassan, Aleksandr Düma, Şarl Quna  Parisdə Eyfel qülləsinin ucaldılmasına qarşı  protest imzalamışdılar.

Bütün ölkələrin əsgərləri sağ əllə salam verir.

İnsan beynində 1 saniyədə 100 000 kimyəvi reaksiya baş verir.

Uşaqlar diz qapaqsız doğulur, qapaqlar 2-6 yaşda yaranır.

Həyatı boyu insanın hər barmağı 25 milyon dəfə əyilir.

Bir ildə 21 milyon 557 min 600 saniyə var.

İlk coğrafi atlas e.ə. 150-ci ildə alim Ptolomey tərəfindən yaradılıb, 1477-ci ildə Boloniya şəhərində çap edilib.

Tüdorun hakimiyyəti dövründə İngiltərədə sıx bağlanmış korset və biləkdə çoxlu qolbaqlar bakirəlik əlaməti hesab olunurdu.

Gün ərzində bir qutu siqaret çəkən şəxs həyatının hər ilindən bir neçə saniyə məhv edir. 

Napaleonun əsgərlərinin generala “sən”deyərək  müraciət etmək hüquqları var idi.

Stalinin 70 illiyinə bağışlanmış hədiyyələrin siyahısı elə uzundur ki, onu qəzetlər 1949-cu ilin dekabrından 1953-cü ilin martınadək dərc etməli olmuşdular.

İnsan beyni gündə dünyadakı bütün telefonlardan daha çox elektrik impuls edir.

Qadınlar kişilərdən 2 dəfə artıq göz qırpır.

Maksimal sayda krossvordu Adrian Bell hazırlayıb. 1930-cu ilin yanvarından 1980-cı ilə qədər o, “Tayms” qəzetinə 4520 krossvord yollayıb.

İngiltərədə çap olunan ilk kitab şahmata həsr olunmuşdur.

İnsanın gün ərzində orta gücü 100 vatt, ürəyinin gücü isə 10 vattdır.

1830-cu illərdə ketçup dərman kimi satılıb.

Açıq gözlə asqırmaq qeyri-mümkündür.

Məşhur Volterin meyidi XIX əsrin əvvəllərində qəbirdən oğurlanıb, bu barədə yalnız 1864-cü ildə xəbər tutulub.

Samirə Tağıyeva, “İki sahil”