20 mart 2020 15:11
1673

Gürcüstanda bu obyektlər bağlanmayacaq

Gürcüstanda ərzaq mağazaları, aptek, bank, poçt və yanacaqdoldurma məntəqələri istisna olmaqla digər ticarət obyektləri bağlanacaq.

AZƏRTAC xəbər verir ki, bu bəyanatla Gürcüstanın Baş Naziri Giorgi Qaxaria Milli Təhlükəsizlik Şurasının koronavirusla əlaqədar keçirilmiş iclasından sonra çıxış edib.

Hökumət başçısının sözlərinə görə, şuranın iclasında bir neçə qərar qəbul olunub. Baş Nazir deyib: “Biz artıq koronavirusun yayılma mərhələsinə keçirik. Bunun qarşısını almaq üçün əlavə ciddi tədbirlər görməliyik. Ona görə də ərzaq mağazaları, aptek, bank və poçt şöbələri, eləcə də yanacaqdoldurma məntəqələri istisna olmaqla digər ticarət obyektləri bağlanmalıdır”.

Milli Təhlükəsizlik Şurasının iclasında prezident Salome Zurabişvili, parlamentin sədri Arçil Talakvadze də iştirak ediblər.