20 mart 2020 17:58
1571

Gürcüstanda daha üç nəfər koronavirusa yoluxub

Gürcüstanda daha 3 nəfərin koronavirusa yoluxduğu laboratoriyada təsdiq olunub. Bununla da Gürcüstanda COVID-19 virusuna yoluxanların sayı 43 nəfərə çatıb.

AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstan hökumətinin koronavirusla əlaqədar yaratdığı stopcov.ge saytında məlumat yerləşdirilib.

Bildirilir ki, hazırda Gürcüstanda 1575 nəfər karantin nəzarətində, 275 nəfər isə stasionar nəzarətdə saxlanılır.

Koronavirusa yoluxmuş bir nəfər sağalaraq evə buraxılıb.