21 mart 2020 20:16
1766

Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayıran şirkətlər arasında “Kristal Abşeron” da var

“Kristal Abşeron” şirkətinin Müşahidə Şurası Azərbaycan Prezidenti İlham Əliyevin 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna 100 min manat vəsaitin ayrılması ilə bağlı qərar verib.

Şirkətdən AZƏRTAC-a bildiriblər ki, məqsəd ölkəmizdə koronavirus (COVID-19) xəstəliyinin geniş yayılmasının qarşısının alınması, ciddi preventiv tədbirlər həyata keçirilməsinə, pandemiyanın biznes və iqtisadiyyatın bir çox sahələrinə vurduğu təsiri qismən də olsa qarşılamağa dəstək olmaqdır.

“Kristal Abşeron” “COVID-19” virusunun yaratdığı iqtisadi çətinliklərə baxmayaraq, şirkətə daxil olan iş yerlərində heç bir ixtisar aparmayacaq. Bu müddət ərzində işçilərin xərcləri şirkət tərəfindən qarşılanacaq. Bununla yanaşı, “Kristal Abşeron”a daxil olan ticarət obyektlərində fəaliyyət göstərən icarədarlara 2020-ci ilin mart və aprel aylarının icarə haqları üzrə endirimlər tətbiq ediləcək.

“Kristal Abşeron” bütün sahibkarları Koronavirusla Mübarizəyə Dəstək Fonduna "COVID-19" virusu ilə mübarizə üçün kömək etməyə və bu bəladan qurtulmaq üçün dövlətimizə dəstək olmağa çağırır.