25 mart 2020 22:28
1742

Türkiyə KİV-ləri Azərbaycanda koronavirusa qarşı görülən mübarizə tədbirlərindən yazır

Dünyada sürətlə yayılan və çoxsaylı insan tələfatına səbəb olan yeni növ koronavirusa qarşı (COVID-19) Azərbaycanda aparılan mübarizə tədbirləri Türkiyənin aparıcı KİV-ləri tərəfindən diqqətlə izlənilir.
AZƏRTAC xəbər verir ki, məlumatlarda Prezident İlham Əliyevin Ümumdünya Səhiyyə Təşkilatının pandemiya adlandırdığı təhlükəli infeksiya ilə bağlı xalqa müraciəti, dövlətimizin başçısının və Birinci vitse-prezidenti Mehriban Əliyevanın bir illik əməkhaqqı məbləğində Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianə etmələri, bu ölüm təhlükəsinə qarşı ölkəmizdə görülən digər işlərlə bağlı mühüm məqamlar əksini tapıb.
Bəhs olunan məlumatlar Anadolu agentliyinin, Avrasiya Araşdırmalar Mərkəzinin (AVİM), TRT HABER, TRT AVAZ televiziya kanallarının, “Karar”, “Akşam” “Yeni akit” qəzetlərin rəsmi saytlarında və digər xəbər portallarında işıqlandırılıb.