07 aprel 2020 19:51
1006

Nazirlik: Məhkumların gündəlik termometriyası aparılır

“Məhkumların təhlükəsizliyi və sağlamlıqları diqqətdə saxlanılaraq penitensiar müəssisələrdə ardıcıl, kompleks tibbi-profilaktik tədbirlər görülür”.

Bu barədə “Report”a Ədliyyə Nazirliyindən məlumat verilib.

Qeyd olunub ki, məhkumların gündəlik termometriyası, səhhətlərində hər hansı problemi olan şəxslərin dərhal müayinəsi keçirilir və zəruri müalicəsi aparılır.