Türkiyəli aktrisa Bahar Şahin “YouTube”da yayımlanan verilişlərin birində “Zalim İstanbul” serialında çətinlik çəkdiyi səhnələr barədə danışıb. "İki sahil" xəbər verir ki, ekran işində “Ceren” obrazını canlandıran aktrisa “Nedim”ə işgəncə verdiyi səhnələrdə çətin anlar yaşadığını bildirib:
“O səhnələrdən sonra, günlərlə özümə gələ bilmirdim. Çox vicdan əzabı çəkdim”.
Qeyd edək ki, Bahar Şahin 26 may 1997-ci ildə Ankarada doğulub. Əslən Artvinlidir. Aktyorluq təhsili alan Baharın ilk yer aldığı ekran əsəri "O Hayat Benim" serialıdır. Daha sonra "Lise Devriyesi", "Kayıt Dışı", "Yol Arkadaşım", "Servet" kimi filmlərdə yer alıb.