İtaliyanın "Napoli" və "Yuventus" klubunun sabiq futbolçusu Luici Simoni dünyasını dəyişib.
"Report" A Seriyasının rəsmi "Twitter" hesabına istinadən xəbər verir ki, keçmiş yarımmüdafiəçi 81 yaşında vəfat edib.
Qeyd edək ki, Luici Simoni 1961/1962 mövsümündə "Napoli" ilə İtaliya çempionu olub. O, baş məşqçi karyerasında "İnter"lə UEFA Kubokunu (hazırkı Avropa Liqası) qazanıb.