Tacikistanda koronavirusdan 1575 nəfər sağalıb.
AZƏRTAC Tacikistanın Səhiyyə Nazirliyinin mətbuat xidmətinə istinadla xəbər verir ki, son iki gün ərzində virusa yoluxanların sayı 324 nəfər artaraq 3424-ə çatıb.
Qeyd olunur ki, 2501 nəfər karantindədir, 47-si isə ölüb.
Ölkənin 85 xəstəxanasında koronavirusla mübarizəyə 8 minədək həkim, 25 mindən çox tibb işçisi cəlb edilib.