29 may 2020 19:51
1108

Sabah London-Bakı reysi ilə 40-50 nəfər Azərbaycana gətiriləcək

Mayın 30-da London-Bakı reysi ilə 40-50 nəfərin ölkəyə gətirilməsi nəzərdə tutulur.

Bunu mayın 29-da Operativ Qərargahın təşkil etdiyi mətbuat konfransında Nazirlər Kabineti mətbuat xidmətinin rəhbəri İbrahim Məmmədov bildirib.

Onun sözlərinə görə, iyunun birinci həftəsində isə ABŞ-dan çarter reyslərin təşkili məsələsi nəzərdən keçirilir.