2020-ci ilin yanvar-aprel aylarında ticarət dövriyyəsinin həcmi 2019-cu ilin müvafiq dövrü ilə müqayisədə 2,6 faiz azalaraq 6 milyard 400,4 milyon manat olub. “İki sahil” Trend-ə istinadən xəbər verir ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müfaviq dövrü ilə müqayisədə 11,8 faiz artaraq 3 milyard 314,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 14,0 faiz azalaraq 3 milyard 085,9 milyon manata bərabər olub. İstehlak məhsullarının 31,3 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 49,1 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 19,6 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.
SOCAR "Bahar" və "Qum-dəniz" yataqlarında qazma işləri üzrə yeni əməkdaşlıq memorandumu imzalayıb
Cari ildə keçirilən festivallar çərçivəsində ümumi satış həcmi 8 milyon manatdan çox olub - Anar Cəfərov
Qadınların istehsal proseslərinə cəlb olunması həm sosial rifaha, həm də ərzaq təminatının güclənməsinə mühüm töhfə verir - Səkinə Babayeva