Fransanın Azərbaycandakı səfiri Zakari Qross Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının sədri Tural Gəncəliyevlə görüşüb. “İki sahil” APA-ya istinadla xəbər verir ki, bu barədə fransalı diplomat “Twitter”də bildirib. “Tural Gəncəliyev və komandası ilə onun prioritetləri - hər şeydən əvvəl dialoqun təbliği və Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair əla söhbətimiz oldu” - deyə səfir qeyd edib.