İCE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində Brent neftinin ixracına dair 2020-ci ilin avqust müqaviləsinin dəyəri 0,38 % azalaraq 1 barrelə görə 39,57 dollar təşkil edib.
"İki sahil" xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında iyulda ixrac etməklə WTI markalı neftin 1 barrelinin dəyəri 0,40 % azalaraq 36,97 dollar təşkil edib.
Nyu-Yorkun NYMEX əmtəə birjasında təbii qaza olan fyuçers kotirovkalarının qiyməti artıb. İyulda çatdırmaq şərti ilə təbii qaza olan fyuçerslərin qiyməti 1 mln. BTU-ya (British thermal unit – Britaniya istilik vahidi) görə 0,12% artaraq 1,675 ABŞ dolları təşkil edib.