17 iyun 2020 13:02
3244

Geyim rəngləri insan xarakterindən xəbər verir

Ağ - Bu rəng özündə bir neçə məna cəmləşdirir. Müxtəlif xasiyyətli insanlar bu rəngə üstünlük verirlər. Ağ rəngə üstünlük verənlər təmizliyi sevir, şad, səliqəli insanı kimi xatırlanırlar.

Qara - ilk baxışdan bədbinliyi təmsil edir. Bu rəngə üstünlük verən insan özünə qapalı, eyni zamanda, ciddi xarakterə malik olub, özündən razı olurlar. Dəb baxımından qara rəng insanı bir neçə kiloqram arıq göstərir. Qara rəng əsəbləri gərginləşdirir, enerjini tükədir.

Boz - neytral rəng olub, xasiyyətini gizlədən, ciddi xasiyyətli insanların rəngidir. Bu tip insanlar bitərəf mövqedə olub, heç kimə etibar etmirlər. Əsasən iş adamları boz rəngli kostyumlara üstünlük verirlər.

Qırmızı - Bu rəng cəsarətli hökmlü, tez coşan insanların rəngidir. Qırmızı rəngə üstünlük verən insanların qarderobu eleqant geyimlərlə dolu olur. Bu tip insanlar həm də diqqət mərkəzində olmağı sevirlər. Qırmızı rəng sahibində özünə inamı artırır. Bu rəngi sevməyən insanlar konfilikt və davadan uzaq olub tək qalmağı sevirlər.

Narıncı - xəyalpərəst insanların rəngidir. Bu rəng qeyri-adi istedaddan, yaradıcılıqdan xəbər verir. Bu rəngi sevənlər kiməsə hesabat verməyi sevmirlər. Onların həyat tərzi sevinc və əyləncədir.

Göy və mavi - Bu rəngi sevən insanlar çox əsəbi olurlar, emosionallığı, romantizmi, xoş xasiyyətiliyi ilə fərqlənirlər.

Yaşıl - sakitliyi sevənlərin rəngidir. Eqoistdirlər, həyatın bütün çətinliklərini aşmağa qadirdirlər.

Sarı - dəyişkən xasiyyətli, intellektual insanların rəngidir. Bu tip insanlar hər şeylə maraqlanırlar.

Bənövşəyi - geyimlərində bu rəngə üstünlük verənlər romantik, emosional, daim axtarışdadırlar. Onlar kəşf etməyi sevirlər, həyatın sirlərini acmağa can atırlar. Tünd bənövşəyi rəngi sevənlər isə depressiyaya tez-tez düşürlər.

Bej və qəhvəyi - bu rəngi sevənlər öz zövqlərinə etibar etmirlər. Bu rənglər sakitliyi, komfortu təmsil edir. Bu rənglərdə geyinən insanlar zəif olur.

Röya Rasimqızı,

“İki sahil”