23 iyun 2020 16:29
1165

Ukraynada COVİD-19-a daha 833 nəfər yoluxub, 23 ölüm faktı qeydə alınıb

 

Ukraynada bu günədək koronavirus infeksiyasına yoluxanların sayı 38 074 nəfərə çatıb.

Trend-in məlumatına görə, 1 035 nəfər həyatını itirib.

Son sutka ərzində ölkə ərazisində 833 yeni yoluxma, 23 ölüm faktı qeydə alınıb. 16 956 nəfər sağalıb, 20 083 nəfərin müalicəsi davam edir.

Qeyd edək ki, Ukraynada pandemiya ilə əlaqədar elan edilmiş karantin müddəti iyulun 31-dək davam edəcək.