"Koronavirus infeksiyasına yoluxma hallarının qarşısını almağın yeganə yolu qaydalara riayət etməkdir. Əks təqdirdə xoşagəlməz hallarla rastlaşacağıq". Bu sözləri respublikanın baş infeksionisti Cəlal İsayev deyib.
Onun sözlərinə görə, hava, damcı yolu ilə yayılan infeksiyalarla ancaq, maska taxıb, sosial məsafə qoruyub, izolyasiya qaydalarına əməl etməklə effektiv mübarizə aparmaq olar.
"Lakin bir qisim insanlarda infeksiya olmasına baxmayaraq, onlar bunu hiss etmirlər və əhali arasında dolaşaraq, xəstəliyi yayırlar. Son günlərdə virus sürətlə yayılmasının da səbəbi budur. Odur ki, insanlar maska taxıb, sosial məsafə saxlasalar yaxşı olar. Xəstəliyin əlamətlərini və ya narahatçılıq hiss edənlər dərhal həkimə müraciət etməlidir. Ancaq bizim vətəndaşlarımız 3-4 gün xəstə halda gəzib, ətrafdakılarını yoluxdurur, özünün də səhhəti ağırlaşanda həkimə müraciət edir. O zaman da gec olur”- deyə, C.İsayev qeyd edib.
Kənd Təsərrüfatı naziri Məcnun Məmmədov “Yüksəliş” müsabiqəsinin qalibləri ilə görüşüb
BDU-da Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Akademiyası yaradılıb
“Avtovağzal” və “Xocəsən” metrostansiyalarının qarşısında avtobuslar üçün aralıq dayanacaq məntəqəsi yaradılıb
"Xocəsən" və "Avtovağzal" stansiyalarına giriş müvəqqəti olaraq ödənişsiz olacaq