25 iyun 2020 23:07
1256

ÜST: Avropada COVID-19-a yoluxma artıb

Koronavirusla bağlı tətbiq olunmuş məhdudiyyətlər yumşaldılmağa başlanandan Avropada COVID-19-a yoluxma ilə bağlı rəqəmlərdə artım var. “İki sahil” xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Avropa regionu üzrə direktoru Hans Kluqe deyib.    “Aylar ərzində ilk dəfə ötən həftə Avropada həftəlik yoluxmalarda artım görünüb”, - o deyib.  H. Kluqe əlavə edib ki, Avropada 20-dən çox ölkədə ölümcül virus dirçəlib. “Ötən iki həftə ərzində 30 ölkədə təsdiqlənmiş yoluxma hallarında artım görünür. Bu ölkələrdən 11-də virusun sürətlə ötürülməsi güclü bir canlanmaya səbəb olub”, - deyə ÜST-ün Avropa regionu üzrə direktoru qeyd edib.