Naxçıvan Dövlət Universiteti İncəsənət fakültəsi Xalq çalğı alətləri kafedrasının müəllimi, Prezident mükafatçısı Sərxan Abdullaevin 26 İyun - Silahlı Qüvvələr Gününə həsr olunmuş solo konserti keçirilib.
Universitetin Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, fakültənin müəllimlərinin müşayiət etdiyi konsert universitetin rəsmi “Facebook” sosial şəbəkəsi üzərindən canlı yayımlanıb. Azərbaycan bəstəkarlarının mahnılardan ibarət konsertdə bir-birindən gözəl ifalar səsləndirilib.
Sonda Azərbaycan Respublikasının Əməkdar artistləri Gülyanaq Fərzəliyeva, Tural Nəcəfov, universitetin yetirməsi İlkin Abdullayevin ifasında “Azərbaycan” mahnısı ifa edilib.
Konsert dinləyən hər kəsdə xoş ovqat yaradıb.