Türkiyə kubokunun final oyununun keçiriləcəyi tarix məlum olub
“İki sahil” Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, “Trabzonspor”la “Alanyaspor” arasında baş tutacaq həlledici oyunun iyulun 29-da keçiriləcəyi qeyd olunub.
Qeyd edək ki, Atatürk Olimpiya Stadionunda baş tutacaq qarşılaşma yerli vaxtla saat 21:30-da başlayacaq.
Sizin fikrinizə görə qalib kim olacaq?