“Mançester Siti"nin növbəti iki mövsüm ərzində Çempionlar Liqasından kənarlaşdırılması qərarı ləğv olunub.
“İki sahil” xəbər verir ki, İdman Arbitraj Məhkəməsi (CAS) bugünkü iclasında klubun müraciətini təmin edib. Eyni zamanda UEFA-nın qərarı ilə klubun 30 milyon avroluq cəriməsi 10 milyon avroya endirilib. Bu barədə CAS-ın rəsmi saytı məlumat yayıb.
Xatırladaq ki, ”şəhərlilər” feyr-pley qaydalarını pozduğu üçün UEFA tərəfindən 2 illik avrokuboklardan uzaqlaşdırılmış və 30 milyon avro məbləğində cərimələnmişdi.
"Mançester Siti" 35 həftədən sonra Premyer Liqada 72 xalla 2-cidir. Komanda növbəti mövsüm Çempionlar Liqasında iştirak edəcək.