14 iyul 2020 11:21
1032

“İnter”dən geridönüş

İtaliya A seriyasının 32-ci həftəsində "İnter" öz evində"Torino"ya 3:1 hesabı ilə qalib gəlib.

“İki sahil” xəbər verir ki, Milan şəhərinin təmsilçisi 17-ci dəqiqədə Belottinin qolu ilə hesabda geri düşüb. Bununla belə “İnter” 48-ci dəqiqə Ashley Young 51-ci dəqiqə Diego Godin və  61-ci dəqiqə  Lautaro Martinezin qolları ilə qalib gəlməyi bacarıb.

Bu qələbədən sonra xalını 68-ə yüksəldən “İnter” 2-ci sırada qərarlaşıb.