15 iyul 2020 10:22
1515

Polkovnik İlqar Mirzəyev son mənzilə yola salındı

Ötən gün Tovuz rayonu istiqamətində gedən şiddətli döyüşlərdə şəhid olan Azərbaycan Ordusunun polkovniki, artilleriya komandiri İlqar Mirzəyev dəfn olunub.

Polkovnikin cənazəsi İkinci Fəxri xiyabana gətirilib.

Xiyabanda orkestrin iştirakı ilə dövlət himni səsləndirilib, havaya yayılım atəşi açılıb.

Daha sonra şəhid torpağa tapşırılıb.