27 iyul 2020 18:04
3358

Qurbanlıq qoyun aldılar, keçi çıxdı

Pakistanda maraqlı hadisə baş verib.

Pakistanın Pencap vilayətində qurbanlıq qoyun alan kişi özü fırıldaqçıların qurbanı olub. Onlar alıcıya qurbanlıq qoyun adı ilə üstünə yun yapışdırılmış keçi satıblar.

Aldığı qoyunu evə gətirən kişi heyvanın tüklərinin tökülməsindən şübhələnib. Məlum olub ki, fırıldaqçılar qoyun yununu yapışdırıcının köməyi ilə keçiyə yapışdırıblar. Görüntülər qısa müddət ərzində sosial mediada ən çox izlənən və paylaşılan fotolardan biri olub. //Ölkə.az