28 iyul 2020 17:10
1091

İspaniyada ictimai yerdə mütləq maska taxılmalıdır

İspaniyanın paytaxtı Madriddə ictimai məkanda maska taxmaq zəruriləşdirilir.

Trend-in məlumatına görə, şəhər rəhbərliyi bu qərarı koronavirusa yoluxmanın təkrar artmasının qarşısının alınması məqsədilə qəbul edib.

Bundan başqa, paytaxtda restoran, kafe və barların saat 01:00-da bağlanması qərarı verilib.

Madridin əsas hava limanında da nəzarətin gücləndiriləcəyi bildirilib.

Qeyd edək ki, son günlərdə İspaniyanın bəzi regionlarında virusa yoluxma halları artmağa başlayıb.