04 avqust 2020 20:58
1100

Beyrutda baş verən partlayışda ölənlər artır

Livanın Hərbi Dəniz Qüvvələrinin bazası yaxınlığında, Beyrut limanı ərazisində güclü partlayış baş verib.

APA “TASS”-a istinadən xəbər verir ki, partlayışın dalğası Livan paytaxtında yaşayış sahələrinə də təsir edib. Bəzi evlərə və ofislərə ziyan dəyib. İlkin məlumata görə, onlarla insan xəsarət alıb. Partlayışın səbəbləri hələ ki müəyyən edilməyib.

“Al Hadath” telekanalının bildirdiyinə görə, dəniz limanı ərazisinə raket zərbəsinin endirilməsi istisna olunmur. “Al Mayadeen” telekanalı isə partlayışın pirotexnika anbarında baş verdiyini bildirib.

Partlayış nəticəsində azı 40 nəfər ölüb. Bu barədə “Al Arabiya” telekanalı məlumat yayıb.

Hazırda insidentin səbəbləri araşdırılır.