06 avqust 2020 14:30
1253

Aleksis Sançesin “İnter”ə keçidi rəsmiləşib

İtaliyanın “İnter” klubu Aleksis Sançeslə müqaviləni rəsmiləşdirib.

Bunu Milan təmsilçisinin mətbuat xidməti açıqlayıb. 

31 yaşlı çilili hücumçu Milan təmsilçisi ilə 3 illik müqavilə bağlayıb. O, 2023-cü ilin yayına qədər “İnter”in şərəfini qoruyacaq. “Mançester Yunayted”lə müqaviləsini pozan Aleksis yeni klubuna azad agent kimi keçib.

Qeyd edək ki, 2019/20 mövsümünü icarə əsasında “İnter”də keçirən Sançes 29 oyunda 4 qol vurub. //Apasport.az