08 avqust 2020 10:12
1303

Ronaldo “Yuventus”un tarixinə düşüb

Portuqaliyalı Kriştiano Ronaldo İtaliyanın “Yuventus” klubunun tarixinə düşüb.

Apasport.az saytının məlumatına görə, ulduz hücumçu Turin klubunda bir mövsümə ən çox qol vuran futbolçu adına yiyələnib.

Ronaldo Çempionlar Liqasının 1/8 final mərhələsinin “Lion”la cavab oyununda (2:1) dubla imza atıb. Bununla da onun 2019/20 mövsümündəki qol sayı 36-ya çatıb.

“Ağ-qaralar”ın tarixində əvvəlki rekord macarıstanlı Ferens Xirzerə məxsus idi. O, 1925/26 mövsümündə 35 qol vurmuşdu. Ronaldo 94 ildən sonra rekordu yeniləyib.