09 avqust 2020 15:12
1302

Məktəblər sentyabrda açılacaqmı? Baş Nazirdən açıqlama

“Lazım gələrsə, məktəblərin yenidən açılması üçün bölgələrdə yenidən mağazalar, pub və restoranlar bağlanacaq”

 

Böyük Britaniyanın Baş Naziri Boris Conson məktəblərin sentyabra qədər yenidən açılmasının milli prioritet olduğunu bildirib.

APA-nın Britaniya bürosunun verdiyi xəbərə görə, Baş Nazir lazım gələrsə, məktəblərin yenidən açılması üçün bölgələrdə yenidən mağazalar, pub və restoranların bağlana biləcəyini bəyan edib.

B. Conson qeyd edib ki, məktəblərin zəruri olduğundan daha uzun bir müddətə bağlı saxlamaq mənəvi cəhətdən əlverişsiz, iqtisadi cəhətdən məqbul deyil: “Məktəblərin növbəti ay açılması milli prioritet və mənəvi borcdur”.